Yenilik.Az
www.Yenilik.Az » Kriminal » İsa Həbibbəylinin baldızı oğlu GÜLLƏLƏNDİ

İsa Həbibbəylinin baldızı oğlu GÜLLƏLƏNDİ

İsa Həbibbəylinin baldızı oğlu GÜLLƏLƏNDİ
2025-12-09 , 08:13

Bakıda “Neftçilər” metrosu yaxınlığında ağır cinayət hadisəsi baş verib.

Yenilik.az KONKRET.az-a istinadla xəbər verir ki, həmin ərazidə yaşayan Nicat adlı şəxs öz evində güllələnərək qətlə yetirilib.

Hadisənin təfərrüatları araşdırılır və rəsmi qurumlar tərəfindən hələlik geniş açıqlama verilməyib.

Qətlə yetirilən şəxsin tanınmış akademik, Milli Məclisin deputatı İsa Həbibbəylinin baldızı oğlu olduğu da iddia olunur. Bu məlumat da hazırda dəqiqləşdirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Cinayəti törədən şəxsin kimliyi, motivi və hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.