Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Mərkəzdən qaçan Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Mərkəzdən qaçan Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Mərkəzdən qaçan Nəsimi Nəbizadənin qardaşı həbs olundu
2026-01-09 , 19:29

Dünən reablitasiya mərkəzindən qaçışı ilə gündəm olan Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub. Yenilik.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib. 

Yenilik.az-ın əldə etdiyi məlumata görə, E.Nəbizadənin hüquqlarını vəkil Anar Qasımlı həyata keçirir. Əməkdaşımızın sualına cavab olaraq vəkil faktı təsdiq eləsə də, məhkəmədəyəm deməklə ətraflı məlumat verməkdən yayınıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.