Yenilik.Az
www.Yenilik.Az » Kriminal » "6 yaşlı uşağı oynadığı yerdə bıçaqlayıblar" - Məktəbin direktoru

"6 yaşlı uşağı oynadığı yerdə bıçaqlayıblar" - Məktəbin direktoru

2026-02-05 , 15:01

Ağcabədi rayonunda 6 yaşlı uşaq naməlum şəraitdə bıçaqlanıb.


Manset.az bıçaqlanan birinci sinif şagirdinin təhsil aldığı Ağcabədi rayonu Avşar kənd məktəbinin direktoru Elşən Quliyevlə əlaqə saxlayıb. O, bildirib ki, məktəbli hazırda xəstəxanadadır:
"Vallah, bütün rayon məəttəl qalıb. 6 yaşlı uşaq kimə nə edə bilər ki? Kimlə ədavəti ola bilər? Axşam saatlarında, 2019-cu il təvəllüdlü uşağı evlərinin yanında - oynadıqları yerdə bıçaqlayıblar. Bıçaqlayan şəxs barədə məlumatım yoxdur, bu barədə hüquq - mühafizə orqanları araşdırma aparır. Uşaq bıçaqlanan vaxtı digər qardaşı da yanında olub. Özüm də uşağın yanına getmişdim, ağır əməliyyat keçirib. Hazırda xəstəxanada reanimasiyadadır." 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.