Yenilik.Az
www.Yenilik.Az » Kriminal » “İdrak”dan güllələnmə ilə bağlı - Açıqlama

“İdrak”dan güllələnmə ilə bağlı - Açıqlama

“İdrak”dan güllələnmə ilə bağlı - Açıqlama
2026-02-06 , 16:45

Bu gün müəllimin şagirdi tərəfindən güllələndiyi “İdrak” liseyi hadisə ilə bağlı məlumat yayıb.

Yenilik.az sözügedən açıqlamanı təqdim edir:
“Liseyimizlə bağlı son hadisə fonunda yaranan narahatlığı anlayırıq və cəmiyyətdə səslənən fikirləri diqqətlə izləyirik. Bildirmək istərdik ki, liseyimizdə təhlükəsizlik tədbirləri daim mövcud olub və tədris prosesi hər zaman nəzarət altında həyata keçirilib.
Baş verən vəziyyət dərhal diqqətə alınıb, mövcud təhlükəsizlik və nəzarət mexanizmləri çərçivəsində idarə olunub. Hazırda da şagirdlərimiz və müəllimlərimizin təhlükəsizliyi tam şəkildə təmin olunur, dərslər normal qaydada davam edir.
Məsələ aidiyyəti qurumların iştirakı ilə araşdırılma mərhələsindədir və proses lisey rəhbərliyinin nəzarətindədir. Valideynlərimizdən xahiş edirik ki, sakitliyi qoruyub saxlasınlar və uşaqların psixoloji durumuna mənfi təsir göstərə biləcək şayiələrə deyil, rəsmi məlumatlara etibar etsinlər. Lisey rəhbərliyi olaraq təhülkəsiz və sağlam təhsil mühiti bizim üçün dəyişməz prioritetdir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.