Yenilik.Az
www.Yenilik.Az » Kriminal » “Jade” hotelində 25 yaşlı oğlan öldü

“Jade” hotelində 25 yaşlı oğlan öldü

“Jade” hotelində 25 yaşlı oğlan öldü
2026-02-13 , 18:28

Bakıda 25 yaşlı kişinin hoteldə meyiti tapılıb.

Yenilik.az xəbər verir ki, hadisə dünən saat 13 radələrində paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” hotelində baş verib.
Bakı şəhər sakini 2001-ci il təvəllüdlü İbrahim Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
“Qafqazinfo”
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, fevralın 12-si saat 13:34 radələrində mərkəzə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Briqada tərəfindən 2001-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.