Yenilik.Az
www.Yenilik.Az » Kriminal » "Binə" TM-də dəhşət: oteldə ülgüclə doğranmış meyit tapıldı

"Binə" TM-də dəhşət: oteldə ülgüclə doğranmış meyit tapıldı

2026-02-20 , 16:04

Bakıda oteldən meyit tapılıb.


Yenilik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində yerləşən “Binə” ticarət mərkəzindəki “Atabala” otelində qeydə alınıb.

Otelin otaqlarının birində Lənkəran rayon sakini, 59 yaşlı Vaqif Hüseyn oğlu Hüseynovun meyiti tapılıb.

Meyitin üzərində ülgüclə yetirilmiş xəsarətlər olub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin motivi və əlavə təfərrüatlar istintaq zamanı bəlli olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.