Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
Lənkəranda ana 3 ildir azyaşlı qızına fiziki və psixoloji zorakılıq edir. Söhbət Əmanətlərin Sığortalanması Fondunun Lənkəran filialında kredit mütəxəssisi vəzifəsində çalışan 35 yaşlı Rzayeva Gülnar Tofiq qızından gedir. Gülnar Rzayeva keçmiş həyat yoldaşı ilə görüşmək istəyən 2019-cu il təvəllüdlü azyaşlı qızına qarşı dəfələrlə fiziki şiddət göstərir, ona qarşı zorakı davranışlar sərgiləyir.
Yenilik.az xəbər verir ki, bununla bağlı Bizim.Media-ya Gülnar Rzayevanın keçmiş həyat yoldaşı Vüqar Süleyman müraciət edib. Dediyinə görə qadın azyaşlı qızının qoluna isti qaşıq basıb və müxtəlif əşyalarla uşağa dəfələrlə xəsarətlər yetirib. Səbəb isə uşağın atasını istəməsi və onunla görüşməsinə mane olmasıdır. Halbuki cütlük boşanandan sonra məhkəmə qərarı ilə atanın övladları ilə görüşmək hüququ yaranıb. Amma Gülnar Rzayeva əvvəllər uşağı atası ilə görüşdürməyib.
Bununla bağlı 500 manat məbləğində inzibati məsuliyyətə cəlb edilib.Ondan sonra qadına 306-cı maddə ilə cinayət məsuliyyəti daşıyacağı xəbərdarlığı olunub.
Qadın qorxusundan uşağı atası ilə görüşdürməyə məcbur olub.Amma bununla belə azyaşlı qıza zor və işgəncə tətbiq edib ki, könüllü olaraq atası ilə görüşməkdən imtina etsin.
Vüqar Süleyman davamlı işgəncə görən və psixologiyaları pozulan övladlarının Gülnar Rzayevanın yanında qalmasını istəmir. Hərçənd ki, bununla bağlı aidiyyəti qurumlar qarşısında dəfələrlə iddia qaldırıb. Amma müraciətlərinə müsbət reaksiya verilmir:
"Ailəmiz yürümədi və boşandıq. İki qızım var. 6 yaşlı böyük qızıma məni istəməməsi və görüşməməsi üçün illərdir fiziki və psixoloji şiddət göstərir. Hər dəfə qızımla görüşəndə bədənində xəsarət və qançır izləri görürəm. Əvvəllər uşaq anası tərəfindən fiziki şiddətə məruz qaldığını açıq şəkildə dilə gətirirdi. Hətta isti qaşıqla yandırıldığını və oxlovla döyüldüyünü öz dili ilə deyib. Son vaxtlar uşağı o qədər qorxudub və bizə qarşı yönəldib ki, anası tərəfindən döyüldüyünü dilə gətirmir. Çünki doğruları desə, yenə fiziki şiddətə məruz qalacaq. Psixologiyası pozulan uşağın hərəkətləri də qəribə və aqressiv olub".
Şikayətçinin sözlərinə görə ilk dəfə 2022-ci ilin iyulunda qızının qolunda yanıq izləri görüb. Məlum olub ki, isti qaşığı 5 yerdən uşağın qoluna basıb və I dərəcəli termiki yanıq yetirib:
"Bundan başqa, müxtəlif vaxtlarda – 2023 və 2024-cü illərdə dəfələrlə taxta əşya ilə döyərək sifətinə və yanaq nahiyəsinə xəsarətlər yetirib. İndiyədək azyaşlı qızıma əziyyət verir. Digər kiçik qızıma da ehtimal ki, eyni davranışı sərgiləyir. Hər iki övladımın psixoloji durumu korlanıb. Bu azmış kimi uşaqları nəzarətsiz buraxır. Bu yaxınlarda kiçik qızımı avtomobil vurub, amma qadın bizi aldadaraq evdə yıxıldığını deyib. Kiçik qızımın ayağının biri qırılıb, yeriyə bilmir, gipsdədir və uzun müddət müalicəyə ehtiyacı var".
Vüqar Süleyman keçmiş həyat yoldaşının azyaşlı övladına qarşı zorakı davranışları ilə bağlı Lənkəran rayon polis Şöbəsinə, Lənkəran Şəhər İcra Hakimiyyətinə, rayon prokurorluğuna, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə, İnsan Hüquqları Müvəkkilinə (Ombudsman) müraciətlər edib.
Ötən il başladılan araşdırmadan 8 ay sonra Gülnar Rzayeva azyaşlı övladına qarşı zorakı davranışları ilə bağlı təqsirli bilinərək, barəsində cinayət işi açılıb. Lakin 9 gün sonra eyni müstəntiq öz qərarını heçə sayaraq işə xitam verib.
Baxmayaraq ki, Lənkəran Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin rəyində uşağın qoluna isti metalla (qaşıq) dağ çəkilməsi inkar olunmur.
Vüqar Süleyman deyib ki, ilk dəfə 2022-ci ilin iyul ayında qızına qarşı anası tərəfindən zorakılıq tətbiq edildiyi iddiaları üzrə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İstintaq bölməsində (ŞRPŞ) araşdırma aparılıb. İki il aparılan araşdırmadan sonra Lənkəran prokurorluğunun 5 sentyabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasından imtina edilib. Lənkəran prokurorluğu həmin materialı nəzarət qaydasında yenidən araşdıraraq, qəbul olunmuş qərarın əsassız olduğunu müəyyən edib. 16 sentyabr 2024-cü il tarixli qərarla isə onu ləğv edərək, yenidən və hərtərəfli araşdırılması üçün işi Lənkəran ŞRPŞ-nin istintaq bölməsinə qaytarıb.
Azyaşlı uşağa qarşı isə ana tərəfindən kobud davranış və fiziki şiddət davam edib. Çarəsiz qalan Vüqar Süleyman həyatları təhlükədə olan övladlarını qorumaq üçün yenidən sözügedən instansiyalara üz tutub.
Ən son, yəni 2025-ci il iyulun 1-də Lənkəran Şəhər Polis Şöbəsinin müstəntiqi Əliağa Hüseynovun imzaladığı istintaq qərarına əsasən, Gülnar Rzayeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2-4-cü (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə qarşı əzabvermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Qərar üzrə növbəti dəfə istintaq hərəkətlərinə başlanılıb.
Vüqar Süleyman bu dəfə də ümidsiz olduğunu dilə gətirib. O, deyib ki, illərdir şiddətlə bağlı fakt, sübut və ekspertiza rəylərini aidiyyəti qurumlara təqdim etsə də, fayda vermir:
"Yəqin ki, Lənkəran prokurorluğu bu dəfə də cinayət hadisəsi olmadığını deyib, işə xitam verəcək. Bu qadını hansısa əl qoruyur, amma niyə, onu anlamıram. Doğma övladına işgəncə verən qadın bu qədər faktların olduğu işin içindən necə çıxır? Barəsində cinayət işi açılan qadına necə və niyə xitam verilir? Həyatları təhlükədə olan bu uşaqları heçmi düşünən yoxdur?
Ötən dəfə Tovuzda ata azyaşlı övladını vəhşicəsinə döyüb komaya salmışdı. O ata məsuliyyətə cəlb olundu. Uşaqlar anadan alınıb dövlətə verildi. Axı mənim məsələm də buna bənzər hadisədir. Gərək ölüm olsun ki, hərəkətə keçsinlər? Uşaqlar vaxt itirilmədən o anadan alınmalıdır. 3 ildir gözüm görə-görə qızlarıma əzab verir və bu dözülməzdir", - deyə ata fəryad edib.
Qeyd edək ki, ortada foto, video sübutlar, eləcə də ekspertiza rəyi ilə təsdiqlənmiş fiziki zorakılıq halları olduğu, eyni zamanda qadın təqsirləndirilən şəxs kimi tanındığı halda işə təkrar-təkrar niyə xitam verilir? Sanki uşaq deyil, qadın qorunur.
Əgər uşağın himayəsində olduğu şəxs anadırsa, uşaq onun nəzarəti altındadırsa və ana bunu etməyibsə, işi araşdıran qurumlar alternativ versiyanı niyə ortaya qoymurlar? Kim edib? Nə zaman edib? Necə olub ki, ana bunu görməyib və o, niyə bu haqda məlumat verməyib?
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, vətəndaş Vüqar Süleymanın sözügedən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciəti əsasında 4 dekabr 2024-cü il tarixində cinayət işi başlanılaraq istintaqı aparılıb. Lakin Gülnar Süleymanın təqsirliliyi sübuta yetmədiyinə görə 9 sentyabr 2025-ci il tarixində cinayət işinin icraatına xitam verilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Təbriz Həsənzadə məsələdən xəbərdar olduqlarını və açıqlama verəcəklərini desə də, sonradan geri dönüş olmayıb. Öz növbəsində icra hakimiyyətinin heç bir şəhər telefonu dəfələrlə etdiyimiz zənglərə cavab verməyib.
Ayrıca məsələ ilə bağlı Baş Prokurorluğa da sorğu göndərilib.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Məşhur kosmetoloq plagiatda günahlandırıldı, dəfələrlə məhkəməyə verildi, cərimələndi - ARAŞDIRMA
Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
“Azpulmat” – sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
“Kontakt Home”un baş kredit mütəxəssisi ailə üzvlərinin adına bu qədər kredit ayırıbmış
“Banka qoyduğum 300 min dollar yoxa çıxıb”
Azərbaycanda sosial müavinətlər artırıldı (FƏRMAN)
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14