Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Brilliant Dadaşova buna görə peşmandır

Brilliant Dadaşova buna görə peşmandır

Brilliant Dadaşova buna görə peşmandır
2023-03-05 , 16:33

"İnsanları çox sevirəm. Kimdənsə uzaqlaşıramsa, bilin ki, birdəfənin işi deyil. Bir, iki dəfə göz yumuram. Artıq dəfələrlə sınaqlardan sonra baş verir. Bir sözlə incimək mənim xasiyyətimdə yoxdur".

Yenilik.az xəbər verir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova "MTV maqazin" verilişində deyib. Müğənni illər əvvəl yaşadığı qalmaqallarda çəkdiyi peşmançılıqlardan danışıb:
"Tez incimirəm, insanları gözəl anlayıram. Mütəmadi olaraq davam etdiyini görəndə uzaqlaşıram. İnsanın xarakteri bütöv olmalıdır. İnsan nəyinsə xatirinə prinsiplərinin üzərindən keçməməlidir. Deyirlər, işinin xatiinə ayıya dayı de. Mən bunu edə bilmərəm. İnsan mənəvi dəyərləri qorumalıdır. 
Əvvəllər, 20 il əvvəl qalmaqallara cavab vermişəm. Səhv etmişəm. Bilmirdim ki, insanlar nəyin bahasına olursa olsun gündəm yaradırlar. Gərək cavab verməzdim. Bir şey də var ki, cavab verməyəndə söhbət uzanır. Bir vaxtlar cavab vermişdim, indi hesab edirəm ki, lazım deyil.




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.