Hüseyn yenə Samirəyə söz atdı

Aşıq Samirə Əliyeva ilə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu arasında qalmaqal yaşanıb.
Hüseyn instaqram səhifəsində daha bir paylaşım edərək "Sən belə ifaları bəyənmərsən, "çuşka". Bəh-bəh..." sözlərini yazıb. "Gün keçdi" filmindən olan görüntüdə "Sən bir nəğmə, mən bir nəğmə" mahnısını səsləndirib.
Hüseynin bu sözləri yenidən Samirəyə atdığı iddia olunub.
Qeyd edək ki, Aysel yarışmaya qatılarkən Samirənin komandasında olmağı seçib. Həmin buraxılış yayımlandıqdan sonra Hüseyn "Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına" sözləri ilə aralarındakı qalmaqalın təməlini qoyub. "Səs Azərbaycan: Doğma nəğmələr"in ötən həftə yayımlanan buraxılışında isə onlar arasındakı qalmaqalın səbəbinin Samirənin Ayseli yarışmadan uzaqlaşdırmasının olduğu ortaya çıxıb.
OXŞAR XƏBƏRLƏR