Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Hüseyn Məhəmmədoğlu Samirə adlı aşıq tanımır

Hüseyn Məhəmmədoğlu Samirə adlı aşıq tanımır

Hüseyn Məhəmmədoğlu Samirə adlı aşıq tanımır
2023-03-16 , 13:54

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu yenidən aşıq Samirə Əliyevanın ünvanına tənqidlər səsləndirib. 

Yenilik.az xəbər verir ki, klarnet ifaçısı "Şou xəbər" verilişində Samirənin dediklərinə sərt cavab verib:
"Elə adam tanımıram, tanımaq da istəmirəm. Adam deyil. Aşıq Telli, Zülfiyyəni və başqalarını tanıyıram. Samirəni tanımırıq. Bəzi insanlara hörmət edirəm, ona görə də ona çox söz demirəm. Özü də bilir hörmət etdiyim şəxs kimdir. Adam yediyi çörəyə dəyər verər. Gəlib evimdə yediyin çörəyə tüpürsən barışaram? Heç vaxt. Kimdir ki o?".
Hüseyn həyat yoldaşı Aysel İbrahimovanın "Səs Azərbaycan: Doğma nəğmələr"dən getməsi haqda suallara "Qısqancam. İstəyərdim ki, Aysel oradan tez getsin. Vaxtından keçmişdi, istəməzdim orada çox qalsın. Mediada yazılanlar, ona atdığım sözlər doğrudur. Bilərəkdən etmişəm" cavabını verib. 
Qeyd edək ki, Aysel yarışmaya qatılarkən Samirənin komandasında olmağı seçib. Həmin buraxılış yayımlandıqdan sonra Hüseyn "Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına" sözləri ilə aralarındakı qalmaqalın təməlini qoyub. "Səs Azərbaycan: Doğma nəğmələr"in növbəti buraxılışında isə onlar arasındakı qalmaqalın səbəbinin Samirənin Ayseli yarışmadan uzaqlaşdırmasının olduğu ortaya çıxıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.