Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Samirə Hüseyn və xanımı haqda nələr dedi

Samirə Hüseyn və xanımı haqda nələr dedi

Samirə Hüseyn və xanımı haqda nələr dedi
2023-03-11 , 12:46

"Çoxdan bu söhbəti yığışdırmışam. Ailəmin efirdə görünməsini, gündəmdə olmağı istəmirəm. Onların öz şəxsi həyatları var, öz hüquqlarıdır. Efirdə olmaq mənə aiddir. Mənə görə onların da görünməsi məcbur deyil".

Yenilik.az xəbər verir ki, bu sözləri aşıq Samirə Əliyeva "Şou xəbər" verilişində deyib. İfaçı 2 ildir verilişlərə çıxmamasından danışıb:
"Ancaq bayram proqramlarına qatılıram. Verilişlərə istəmirəm. Efirə efir xatirinə çıxacağam. Bunu da istəmirəm. Layihə etməliyəm və sonra getməliyəm. Yoxsa gedim, bu gün nə yedim, nə geyindim danışım?".
Samirə münsif olduğu "Səs Azərbaycan: Doğma nəğmələr" layihəsində klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun həyat yoldaşı, aktrisa Aysel İbrahimovanı uzaqlaşdırmasından və aralarında yaşanan qalmaqal barədə belə deyib:
"Qalmaqaldan qaçan adamam, amma təəssüf... Haqsızlığa narahat oluram. Çalışıram ki, mənim əlimdən haqsızlıq olmasın. Sakit olmaq çox çətindir. İmkan vermirlər sakit oturasan. Lazım olanda danışacağam. İndi də görsəm qucaqlaşaram, bağrıma basaram. Özü küsüb, özü barışır". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.