Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Pərvin 650 minlik avtomobilindən danışdı

Pərvin 650 minlik avtomobilindən danışdı

Pərvin 650 minlik avtomobilindən danışdı
2023-03-06 , 16:47

“Kimsə düşünür ki, nəyisə paylaşanda, göstərəndə, deyir ki, nəzərdən qorxuram. Mən isə bədnəzərdən güclənirəm. Deyirəm, əcəb edirəm. Maşın alandan sonra elə bil düşmənim daha çox artdı”.

Yenilik.az xəbər verir ki, bu sözləri “MTV Magazin”ə açıqlamasında aktrisa Pərvin Abıyeva deyib. 650 minlik avtomobilindən danışan Pərvin söyləyib ki, hələ də maşın üçün ödəniş edir:
“Allah mənə verdiyindən ətrafımdakılara qat-qat çoxunu versin ki, mənimkində, az varımda gözləri olmasın. Bədnəzərdən qorxmuram. Amma insanların dilinə düşməyi sevmirəm. Bu məsələdə də nömrə birəm. Maşını nağd almamışam, pulunu verib bitirməmişəm. Sevdiyim avtomobildir, hər nədirsə, mənimdir. Çox sürətli maşın idarə etməyi sevmirəm, hansısa rayona gedəndə sürətlə sürürəm. Cərimələrimin hamısını ödəyirəm. Yaxınlaşırlar, deyirlər, kəməri taxmamısız, söyləyirəm ki, yazın. Mən rüşvət verməmişəm, tələb olunmayıb. Bundan da yana deyiləm, bir cəzam varsa, cəriməm yazılır, ödəyirəm”.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.