Yenilik.Az
www.Yenilik.Az » Maqazin » İbrahim Borçalının görün neçə bacı-qardaşı var

İbrahim Borçalının görün neçə bacı-qardaşı var

İbrahim Borçalının görün neçə bacı-qardaşı var
2023-03-08 , 22:35

İbrahim Borçalı qonağı olduğu "Həmin Zaur" verlişində aparıcının "neçə bacı-qardaşsınız?" sualına verdiyi cavabla təəccübləndirib.

Yenilik.az xəbər verir ki, İbrahim ailədə 12 övlad olduqlarını bildirib. O, 9 bacı, 3 qardaş olduqlarını sözlərinə əlavə edib. Müğənninin bu açıqlaması aparıcı Zaurla ("Nə? Doğru deyirsən?") yanaşı verlişin digər məşhur qonağı Əlikram Bayramovun da da xeyli təəccüblənməsinə ("Mən bunu ilk dəfədir eşidirəm, İbrahim. Maşallah, bilmirdim ki, 12 uşaq olublar") səbəb olub.
Müğənni anasına sovet dövründə hətta "Qəhrəman ana" ordeni verildiyini də bildirib. İbrahim 12 uşaq olduqlarına görə hətta həmin vaxt ailəyə bu qədər insanın yerləşməsi üçün böyük bir maşın da bağışlandığını deyib. O, anasının nəvə, nəticə və kötücələrinin olduğunu, yaxın zamanlarda da "yadıca"nın olacağını açıqlayıb. Müğənni onu da bildirib ki, anasının 90 yaşı var. 
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.