Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Könül Kərimova villasını almaq üçün kimlərdən BORC ALIB

Könül Kərimova villasını almaq üçün kimlərdən BORC ALIB

Könül Kərimova villasını almaq üçün kimlərdən BORC ALIB
2023-03-09 , 10:32

Əməkdar artist Könül Kərimova yeni açıqlaması ilə diqqət çəkib.

Yenilik.az xəbər verir ki, “Günün sədası” proqramına qonaq olan ifaçı sənətə yeni başladığı illərdə alıb və tez zamanda satdığı mülkündən danışıb.
 
Könül xanım bu  mənzili 22 000 AZN-ə aldığını, daha sonra onu 50 000 AZN-ə satdığını deyib:
 
“Təsadüfən mən o evin yanından keçdim. Təmirsiz idi. Köks ötürdüm və dedim: “Allah bilir mən bu evi nə vaxt ala bilərəm”. Həmin vaxt mən üç otaqlı köhnə binalardan birində mənzildə yaşayırdım. O evi mən 22 000 AZN-ə almışdım. Artıq üç il idi ki, toylara gedirdim. Həm də qızlarla lotereya oynayırdıq. Yeni aldığım evi neçəyə sata biləcəyimi öyrəndim. Mənə dedilər ki, 50 000 AZN-dir qiyməti... Evimin qiyməti bir ildə iki qat artmışdı. Villanın pulunu düzəltmək üçün müğənnilər Elşad Qarayev, Cabbar Musayev və tələbəm Aygün var idi, onlar da kömək etdilər. Villanın pulu düzəldi, bir miqdarı qaldı”.
 




 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.