Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xalq artisti daun sindromlu uşaqlarla görüşdü

Xalq artisti daun sindromlu uşaqlarla görüşdü

Xalq artisti daun sindromlu uşaqlarla görüşdü
2023-03-10 , 15:44

Xalq artisti Röya Ayxan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub.

Yenilik.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.  
Müğənni həyata keçirilən sosial layihə çərçivəsində uşaqlarla görüşüb:
“Elə anlar var ki, sözlə ifadə etmək olmur. Hər dəfə mənə əziz olan mərkəzə gələndə içimdə gözəl duyğular oyanır. Bu dəfə onlarla görüşümün başqa bir səbəbi var.
Martın 16-da xəstəxanaların birində sosial layihə baş tutacaq. 100 daun sindromlu uşağa “çek ap” hədiyyə olunacaq. Çünki 21 mart Ümumdünya daun sindromlu insanlar günüdür. Sırf uşaqlara diqqət və qayğını cəmiyyətə təqdim etmək üçün belə bir addım atılıb.
Bunun üçün də fərqli tarixlərdə mədəniyyət üzvlərinin uşaqlarla görüşü oldu və hər biri ayrı ulduzla foto çəkdirdi ki, 16-ı baş tutan sərgidə həmin şəkillər də yer alsın. Gözəl işlərə görə əzizim Sevinc Abdullayevaya təşəkkür edirəm. Hər birinizi sevirəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.