Kərim Təranədən danışdı: "Ona halallıq verməyim mümkün deyil" - VİDEO

Müğənni Kərim Abasov həbs olunan keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədova barədə danışıb.
"Danışmayaq, bizim aramızda baş verib. Düzdür... Keçmişdə qalan keçmişdə qalıb. Yaram, mənimdir. Özünə görə yox, balalarına xatir əl tutdum. O, həbsdən çıxana qədər də balalarına maddi və mənəvi əl tutmağa hazıram. Allah qapısını açsın. Keçmişdə olanı, keçmişdə saxlayıram. Ürəyim onun balalarına yanır, özünə yox. İnsan ağılsızlıq etdi. Təranənin mənə çəkdirdiyini danışsam, ağlayarsınız. Ona halallıq verməyim mümkün deyil".
Qeyd edək ki, illər əvvəl ailəli olan Təranə və Kərim qalmaqallı şəkildə boşanıb.
Ətraflı videoda:
OXŞAR XƏBƏRLƏR