Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "İstəyərdim Bülənt Ərsoy kimi atam olsun"

"İstəyərdim Bülənt Ərsoy kimi atam olsun"

2023-03-15 , 16:10

Müğənni Günel Ələkbərova TikTok-dakı fəaliyyətindən danışıb.

Yenilik.az xəbər verir ki, müğənni "Şou-xəbər"ə açıqlamasında sözügedən sosial şəbəkədə pul xatirinə oturduğunu deyib:
"Maddi marağım olmasa, TikTok-da oturmaram. Digər məşhurlar da mənim kimi... Bəziləri yalandan deyir ki, elə-belə ordayam. Hətta çoxu TikTok-da oturana pis baxırdı. İndi özləri oturur, pul da qazanırlar. Əvvəl qazancımı dedim, gözə gəldim. Amma qazanıram".
Xeyli çəki alan Günel onu türkiyəli müğənni Bülənt Ərsoya oxşadan jurnalistə "Nə edim, belə şirinəm. Arıq qızlar üçün ürəyim gedir. Amma arıq nəyə lazımdır, qadın dediyin ətli, budlu olmalıdır. Olsun, Bülənt divadır. Amma görün məni kimə oxşadırsınız... Elə anam demirəm, amma istəyərdim elə atam olsun. Doğrudan deyirəm" cavabını verib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.