Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nübar da "Space"dən ayrıldı

Nübar da "Space"dən ayrıldı

Nübar da
2023-03-16 , 07:52

Tanınmış aparıcı Nübar Əbil Spacedən ayrılıb.

 
Yenilik.az xəbər verir ki, aparıcı öz şəxsi Facebook səhifəsində paylaşım edərək Space kanalından ayrıldığını bildirib.
 
Həmin paylaşımı sizə təqdim edirik:
 
"Seçdiyimiz yollarda, enişlər və yoxuşlar olmasa, gözəl günləri heç vaxt dərk etmərik və yaxşını pisdən ayıra bilmərik. Lakin əsas olan odur ki, yoxuşları da enişləri də tərk etmək, yeni yol seçmək ,öz cığırını açmaq, şəxsi seçimin olsun…
 
Space tv ilə 2021-ci ildən çıxdığım 1 il yarımlıq yolda beş layihə ilə izləyici qarşısında oldum və çox gözəl geri dönüşlər aldım.
Nəhayət son layihəmiz olan "Milli səs” in finalı ilə Space tv ilə vidalaşdım.. Əminəm ki, qazandığım peşəkar insanlar, tandığım yeni "simalar” gələcəkdə atacağım növbəti addımlarda çox kömək olacaq.
Müxtəsəri, peşəkarlıq və ələlxüsus da qarşılıqlı səmimi ünsiyyət mənim üçün vacib iş detallarından biridir. İnanıram ki, son bir ayda (kanaldakı məlum dəyişiklik) bu detallardan çəkdiyim yoxluğu yaxın zamanda yenidən dolduracam.
 
Sevgi ilə qalın, ən əsası sədaqətli qalın.
 
Görüşənədək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.