Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “O mahnılara get evində oyna”

“O mahnılara get evində oyna”

“O mahnılara get evində oyna”
2023-03-23 , 19:36

Xalq artisti Brilliant Dadaşova toylarda ifa etdiyi mahnılardan danışıb.

Yenilik.az xəbər verir ki, sənətçi istəyə uyğun olaraq hər musiqini oxumadığını söyləyib.
Bu barədə Brilliant xanım “Xəzər axşamı” verilişində qonaq olarkən deyib:
“Estrada musiqilərimizi qorumaq lazımdır. O musiqiləri böyük dühalar yazıb. Toyda öz mahnılarımdan oxuyuram, çalışıram ki, bəstəkar mahnılarımızı ifa edim. Hansı məclisdə ki, mənə gəlib “dandirik” mahnı istəyirlər, deyirəm ki, get evdə kaseti qoy, o mahnılarla özün üçün ürəyin istəyən qədər, doyunca oyna. Mən o mahnıları oxumuram. Əvvəl deyirdilər ki, dostunu mənə göstər, deyim sən kimsən. İndi isə dinlədiyin musiqini mənə göstər, deyim sən kimsən”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.