Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Təranə izləyicisini təhqir etdi: “Rədd ol”

Təranə izləyicisini təhqir etdi: “Rədd ol”

Təranə izləyicisini təhqir etdi: “Rədd ol”
2023-04-01 , 11:42

Müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin şəhidlərə həsr etdiyi ifasını paylaşıb.

Yenilik.az xəbər verir ki, o, Musa Musayevin belə ifalarından danışılmasının tərəfdarı olduğunu deyib.
T.Qumral həmin paylaşıma tənqidi rəy yazanları da cavabsız qoymayıb və təhqir edib.
Belə ki, izləyicilərdən biri görüntüyə “Musanın bu ifasına, səsinə, sənətinə heç bir sözümüz yoxdur. Amma insanların onu tənqid etdiyi şey heç də siz dediyiniz kimi “boş” deyil. Ağzına gələni oxuyub onu mahnı deyə camaata soxuşdurmaq özünə də, sənətinə də, tamaşaçılarına da hörmətsizlikdir. Onda Musa Musayevin Maral Tahirqızıdan nə fərqi oldu?” - deyə şərh yazması Təranə Qumralı özündən çıxarıb.
O, izləyicisinə “Yaxşı edir, get rədd ol, topunu başqa yerdə oynat”- cavabını verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.