Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Bu, mənim üçün yaxşı fürsət idi"

"Bu, mənim üçün yaxşı fürsət idi"

2023-04-03 , 13:54

Rəqqasə, aktrisa Oksana Rəsulova Gürcüstana gedib. 

Yenilik.az xəbər verir ki, 15 gün Tbilisidə qalan müğənni təəssüratlarını izləyiciləri ilə bölüşüb. Oksana bildirib ki, Ramazan ayını da orada qarşılayıb:
"Bu dəfə Gürcüstana, Tbilisiyə səyahətim bir az uzun çəkdi: 15 gün. Olmadığım yerlərdə oldum, yenidən Tbilisini özüm üçün kəşf etdim, gəzdim, dolandım. Özümlə qalmaq üçün yaxşı fürsət idi, düşündüm, həyatımda qarşıma bəzi məqsədlər qoydum, Ramazanı burda qarşıladım, dua, Allaha şükr etdim. Beynimdə olan suallarıma cavab tapdım, çox şeyi yaxşı mənada anladım. Allah hər birimizə sağlam həyat, hidayətli, gözəl gələcək nəsib etsin, amin".




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.