Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Çəkiləndə deyirlər ki, geyimi də evdən gətir"

"Çəkiləndə deyirlər ki, geyimi də evdən gətir"

2023-04-05 , 12:58

"Seriallara çəkiləndə seçib çəkilirəm. Çəkildiyim seriallar yaxşılardan olub. Hər şeyə çəkilməmişəm. Bu, təhsilin verdiyi hissiyatdır. Ssenari gələndə dostlarım deyib ki, xahiş edirik, maliyyə yoxdur, kömək et. Çəkilmişəm, ssenarini görəndə başa düşmüşəm ki, bundan iş olmaz".

Yenilik.az xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova "Space səhər"ə qonaq olarkən deyib. Aktrisa türk seriallarının bəzisini tənqid edib. Z.Qurbanova bildirib ki, Azərbaycanda çəkilişlərdə geyimi belə aktyorun özündən tələb edirlər:
"Serial mövzusu qəribədir. Türkiyədə hər serial yaxşı deyil. "Kiralıq aşk" deyilən serial var idi. Ona baxanda yaradıcılığa nifrət edirdim. Maddiyat qoyulmuşdu, aktyor gündə bir geyim geyinirdi. Aktyora deyilmir ki, evindən paltar gətir. Aktyor işi sıfır, keyfiyyətsiz serial idi. Hərdən deyirəm ki, kaş onlara xərclənən maliyyə bizə edilərdi. İnanın, hərdən deyirlər ki, geyimi evdən gətirin". 



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.