Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Elza Seyidcahan pulumuzu vermir"

"Elza Seyidcahan pulumuzu vermir"

2023-04-07 , 16:12

Xəbər verdiyimiz kimi, əməkdar artist Elza Seyidcahanın "Mahnılar və şeirlər" adlı solo konserti baş tutub.

Yenilik.az xəbər verir ki, konsertdə müğənnini müşayiət edən kamança ifaçısı Elnur Salahov ondan şikayətçidir. Bu barədə sosial media hesabında yazan kamança ifaçısı Elzanın musiqiçilərə ödəniş etmədiyini qeyd edib.
"Bu tanıdığınız müğənni martın 28-də solo konsert verib, iki ay məşqinə getmişəm digər musiqiçilər kimi. Günü bu günə qədər haqqımızı vermir. Mənə bir saat əvvəl zəng edib deyir ki, pulum yoxdur, verməyəcəm. Üstəlik, məni təhqir edib telefonu üzümə söndürür" - deyə Elnur paylaşımında yazıb.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.