Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Roza Zərgərli keçmiş həyat yoldaşının xəyanətindən danışdı

Roza Zərgərli keçmiş həyat yoldaşının xəyanətindən danışdı

Roza Zərgərli keçmiş həyat yoldaşının xəyanətindən danışdı
2023-04-16 , 20:30

"Məni satan insanı bir daha qəbul etmərəm. Yalançılığa satmaq deyirəm. Keçmiş həyat yoldaşım mənə yalan danışdı. Onun o yalanının nə olduğu haqda danışmaq istəmirəm, amma onunla münasiblərimi kəsib atdım. Bu qərara beş il ərzində gəldim. Qərar verdiyim andan etibarən hər şey bitdi".

Yenilik.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Təsir dairəsi" verilişində deyib.  Keçmiş həyat yoldaşından danışan müğənni 18 ildən sonra ayrılmasının səbəbini açıqlayıb:
"Deyirlər ki, müğənnilər, sənət adamlarının müqəddəs heç nəyi yoxdur. Onlar gördüyünü sevirlər, gördükləri ilə yaşayırlar, ailə dağıdırlar. Bunlar hamısı mifdir. Çünki hər bir insan buna qadirdir. Sənət adamı sadəcə üzdə olduğu üçün bu kimi şeylər onlara daha çox şamil olunur. Bir sənət adamının yaşadığı insanı aldatmaq üçün heç nə lazım deyil. 18 illik evlilik həyatımda heç bir yanlış hərəkətim və addımım olmayıb. Hər 10 nəfərdən 3-4-ü mənə aşiq olub və mən bunun qarşısını almışam. Çünki sadiq Azərbaycan xanımıyam. Amma məni həyat yoldaşım dəfələrlə aldadıb. Elə insanı isə heç zaman bağışlamaram".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.