Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Musiqili verilişləri müğənnilər aparsınlar”

“Musiqili verilişləri müğənnilər aparsınlar”

“Musiqili verilişləri müğənnilər aparsınlar”
2023-04-17 , 22:45

Əməkdar artist Rəşad İlyasov şou-biznesin bəzi məqamlarından şikayət edib.

Yenilik.az xəbər verir ki, “Söz-baz” verilişinə açıqlama verən sənətçi müğənnilərin fərqli tərzdə klip çəkməsinə etirazını bildirib:
“Klip bazarında durğunluq var. Düşünürlər ki, ehtiyac duyulmur deyə xərc çəkməyək, diqqət etməyək. 2000-ci illərdə maraqlı, əvvəlində müqəddiməsi olan, süjet xətli kliplərimiz var idi. Sinxronlar, dialoqlar olurdu. Bunlar mənim çox xoşuma gəlirdi. İndi isə tamam fərqli görüntülər olur, sevmirəm. Bəzən elə ifaçılar olur ki, baxırsan zombi kimi dayanıb oxuyur, üzündə heç bir ifadə, hiss, duyğu da yoxdur”.
Rəşad İlyasov musiqili verilişlərdə müğənnilərin aparıcılıq etməsini daha uyğun bildiyini deyib:
“Dəyərli jurnalistlər, aparıcılar var. Məni bağışlasınlar amma musiqili verilişdirsə, onu müğənninin aparmağı daha doğrudur. Jurnalistika, filalogiya fakültəsinin bitirib gələcək, bəlkə hansısa məqamı düzgün deyəcək. Amma musiqi haqqında Mədəniyyət və İncəsənət universitetini bitirən daha çox məlumat verə biləcək. Özüm də görürəm suallarda, təqdimatlarda elə yalnışlara yol verirlər ki, açığını deyim bu peşəkar musiqiçilər üçün daha uyğundur. Verilən suallar sözün əsl mənasında incəsənəti bitirənləri qıcıqlandırır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.