Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Bakı əvvəllər mənim üçün xoşbəxtlik idi, indi isə..."

"Bakı əvvəllər mənim üçün xoşbəxtlik idi, indi isə..."

2023-04-19 , 09:17

Xəbər verdiyimiz kimi, "Rossiya-1" telekanalının əslən azərbaycanlı aparıcısı Nailə Əsgər-zadə Bakıya gəlib.

Yenilik.az xəbər verir ki, teleaparıcı şəhərdə çəkdirdiyi fotoları yayımlayaraq, Bakı ilə bağlı xatirələrini bölüşüb.
"Çoxunuz bilirsiniz ki, Bakıda doğulmuşam. Uşaqlığım burada keçib. Yadımdadır, həftəsonları anam, atam və bacımla Fəvvarələr meydanında və ya bulvarda gəzir, əyləncəli atraksionlara minir, Xəzər dənizinə baxan və ya evin yaxınlığındakı kafedə dəmir qablardakı dondurmaları yeyirdik. Hətta yadımdadır, qiyməti 1 nizami (500 manat) idi. Yayda həftəsonları "Şıxov" çimərliyinə və ya bağ evinə gedirdik. Xəzər Donanmasındakı uşaq bağçamı, 27 nömrəli məktəbi, uniformanı və birinci sinifdə bir parta arxasında əyləşdiyim sevimli Fidanı xatırlayıram. “Azneft”də bədii gimnastikaya necə getdiyimi, dartınmağı sevmədiyimi xatırlayıram. Yeri gəlmişkən, həmin bölmənin olduğu bina indi yoxdur. Şəhər çox dəyişib, daha da gözəlləşib. Amma hələ də uşaqlıqdan o sevimli Bakını və artıq həyatda olmayan bütün qohumları və dostlarımı xatırlayıram. Bakı əvvəllər mənim üçün uşaqların gülüşü, təbəssümü, ilk kəşflər və xoşbəxtlik idi, indi isə xatirələr şəhərinə çevrilib. Qəbiristanlıq isə ən önəmli yerə çevrilib. Kədərlidir, amma yenə də səni sevirəm, Bakı" deyə, Nailə paylaşımında yazıb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladığı vaxtdan Böyük Britaniya, Kanada və Ukrayna N.Əsgər-zadəyə qarşı sanksiyalar tətbiq edib.
 




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.