“Hər bir ifaçının öz kanalı var”

Müğənni Ayan Babakişiyeva televiziyada məhşurlaşmağın çətinliyindən danışıb.
“Mən düşünürəm ki, o vaxt media və ya sosial şəbəkələr bu qədər aktiv olmadığı üçün tamaşaçıların bütün diqqəti TV-də idi. Artıq hər bir ifaçının öz televiziya kanalı var. Burada da instaqram daha çox kütlə toplumudur. Tamaşaçılar özlərinə maraqlı olan ifaçını sosial şəbəkə hesabında izləyə bilir. Orada onun yediyini, içdiyini, nə etdiyini görürsə, efirə qarşı marağı sönür. Elə bil ki, sənətçilər iki hissəyə bölünüb: sırf kütlə üçün ifa edənlər və doğrudan da sənətə gəlibsə, musiqini təbliğ edən müğənnilər”.
OXŞAR XƏBƏRLƏR