Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Pandemiyada xınalara getmişəm"

"Pandemiyada xınalara getmişəm"

2023-05-02 , 14:53

Şairə Nazilə Səfərli pandemiyada el şənliklərinə getdiyini etiraf edib.

Yenilik.az xəbər verir ki, o, bu haqda "Ümid ilə gəl" verilişində danışıb. O, bildirib ki, bir neçə il əvvəl Azərbaycanda tətbiq edilən sərt karantin rejimi ərəfəsində gizli məclislərə yollanıb:
"Hətta pandemiya zamanı ayağım sındı. Bir xanım zəng vurub söylədi ki, mənim əhdimdir sən mənim xınamda iştirak edəsən. Gəl, xeyir-dua ver, get. Cavabım isə xanıma "yalnız oturaq halda məclisi apara biləcəyəm" oldu. Dedim ki, ödəniş də sizdən istəmirəm, çünki əhd etmisən. Amma sağ olsun, ödənişi də artıqlaması ilə verdi. Sınıq ayağımla da məni pandemiyada işə çağırdılar.
Pandemiya dövründə Naxçıvandan başqa getdiyim toylardan çəkdiyim görüntülərin heç birini paylaşmamışam. Bunu indi deyirəm, biləsiniz. Mən getdiyim toylarda insanların sayını saymırdım (gülür). Naxçıvanda o dövrdə sərtləşdirilmiş karantin rejimi yox idi. Bakıda xına mərasiminə getsəm də orada 80-100 nəfər insan olub. O dövrdə bu qədər insanla məclis keçirməyə icazə var idi".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.