Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Firuzə İbadovadan səhhətindəki problemlə bağlı AÇIQLAMA

Firuzə İbadovadan səhhətindəki problemlə bağlı AÇIQLAMA

Firuzə İbadovadan səhhətindəki problemlə bağlı AÇIQLAMA
2023-05-16 , 16:39

Əməkdar artist Firuzə İbadova dəvət olunduğu "Səhər mərkəzi" verilişində iştirak edə bilməyib.

Müğənni proqrama səhhətindəki problemlə bağlı qatılmayıb.
BAKU.WS-ə açıqlama verən sənətçi yüksək hərarəti səbəbindən proqramda iştirak edə bilmədiyini deyib:
“Bu barədə canlı efirdə qısa məlumat verdilər. Sadəcə yüksək hərarətim var idi. Elə bir ciddi xəstəliyim yoxdur. Bəzi xəbərləri çox şişirdirlər. Soyuqdəyməm var. Efirə gedə bilmədim. Ötən gün gecə yüksək hərarətim olub deyə bu sabaha da proqrama qatıla bilmədim”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.