Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Ülviyyə çox tərs adamdır"

"Ülviyyə çox tərs adamdır"

2023-06-05 , 15:03

Aktyor Murad İsmayıl həyat yoldaşı, aktrisa Ülviyyə Xəlilbəyli ilə "Zaurla günaydın" verilişində qonaq olublar. 

Yenilik.az xəbər verir ki, Murad Ülviyyə ilə aralarında yaşadıqları gərginliklərdən də danışıb:
"Ülviyyə çox tərs adamdır. Uşaqların ikisi də ona oxşayıb. Mən isə dürüst insanam. Dediyim sözə əməl olunmayanda xasiyyətimi göstərirəm, Ülviyyə əsəbiləşəndə 3-4 il əvvəl olan söhbətlər də yadına düşür. Mən isə tez əsəbiləşib, tez də unuduram. Lakin dediyim söz edilməyəndə özümə qarşı hörmətsizlik kimi qəbul edirəm. Bizim mübahisələrimizə səbəbi xarakterimi dəyişməmiyimdən irəli gəlir. Həmişə belə olmuşam. Ülviyyə bu sənətə gələndə bilib ki, necəyəm, tələbim nədir. Ona uyğun hərəkət etməyəndə söz-söhbət olur. O, məni dəyişmək istəyir. Mən isə dəyişmirəm. Özümü çətin adam saymıram. Çünki kollektivdə çalışıram. Sadəcə xarkterim var. Xaraktersiz adamlardan zəhləm gedir. Xoşuna gəlməyən nəyisə hiss etdirməmək düzgün deyil". 
Qeyd edək ki, aparıcı Zaur Baxşəliyevin “Həyatdakı Muradı, yoxsa səhnədəki Muradı çox sevirsən” sualına Murad “Həyatdakını sevir ki? Ülviyyədən səsimə qarşı sevgi görməmişəm”, - deyə, cavab verib.
Ülviyyə isə “Səsini bəyənirəm. Sadəcə çox zil oxuyanda, deyirəm bu qədər zilə çıxma. Səhnədəkini sevirəm. Çünki həyatda çox çətin adamdır. Açıqlama itəmirəm özü çətin xüsusiyyətlərini desin”,- sözlərini demişdi. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.