Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Rəqsanə efirdə ağladı - Video

Rəqsanə efirdə ağladı - Video

Rəqsanə efirdə ağladı - Video
2023-06-07 , 16:28

Müğənni Rəqsanə İsmayılova efirdə göz yaşlarını saxlaya bilməyib.

 
Yenilik.az xəbər verir ki, ifaçı “Həmin Zaur” proqramının qonağı olarkən “Ay ürəyim”i səsləndirib.
Həmin an o, qızı Aysun İsmayılovanı qucaqlayıb və kövrəlib. Buna səbəb isə mahnının sözləri olub:
“Dörd övladım var, Aysun mənim üçün başqadır. Ona görə mahnının sözlərinə kövrəldim. Qızıma nəsə olanda mən də pis oluram. Heç kimə arzu etmirəm ki, valideynlər övladlarının həyatında baş verən hansısa bir şey ilə sınağa çəkilsin. Və istəyirəm ki, bütün övladlar xoşbəxt olsun. Mənə mahnının “Ay ürəyim, o getməyə hazırlaşır” sözləri toxundu. Qismət”.- deyə müğənni qeyd edib.

Qeyd edək ki, Aysun İsmayılova ona əl qaldırdığı iddia edilən, keçmiş həyat yoldaşı Eşqin Cəlilovla ailə həyatına ötən ay son qoyub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.