Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Sənin qulağın eşşəyin ağzında nə gəzirdi?" - VİDEO

"Sənin qulağın eşşəyin ağzında nə gəzirdi?" - VİDEO

2023-06-07 , 17:35

“Eşitdim ki, rayonların birində bir nəfərin qulağını eşşək dişləyib. Dünəndən başımı sındırıram, eşşəyə nə qədər yaxın ola bilərsən ki, o sənin qulağını dişləsin?”. 

Yenilik.az xəbər verir ki, bunu şairə Nazilə Səfərli sosial şəbəkə hesabında deyib. 
N.Səfərli Astara rayonunda ulağın hücum edərək kənd sakininin qulağını dişləməsinə münasibət bildirib: 
“Başa düşmürəm... Sənin qulağın eşşəyin ağzında nə gəzirdi? Hələ fikirləşirəm... Hərçənd cəmiyyətdə o qədər eşşəklərlə yan-yana gəzənlər var. Onlara baxanda ağlım kəsir. Amma bu birisi eşşəklər axı qulaq dişləmir. Ömür yeyir, ömür”. 
Xatırladaq ki, ötən gün Astara sakininə eşşək hücum edib. 
Hadisə rayonunun Pəlikeş kəndində baş verib. 41 yaşlı Vəliyulla Əliabbasov yol ilə gedərkən, qonşunun ulağı ona hücum edib. Ulaq Vəliyulla Əliabbasovu yerə yıxıb, qoluna xəsarət yetirib, sonra sol qulağını dişləyib. 
Həmin görüntüləri təqdim edirik: 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.