Yenilik.Az
www.Yenilik.Az » Maqazin »   "Mən bütün nəsilə birdənəyəm"  - Röya Ayxan

  "Mən bütün nəsilə birdənəyəm"  - Röya Ayxan

 
2023-06-18 , 17:08

Xalq artisti Röya Ayxan uzun müddətdir küsülü olduğu iddia edilən keçmiş  “W-trio” üzvləri Natavan Həbibi və Elnarə Xəlilovadan danışıb.

Yenilik.az xəbər verir ki, o bu barədə qonaq olduğu "Günaydın Azərbaycan” verilişində danışıb.
Sənətçi  keçmiş "W-trio” üzvləri Natavan Həbibi və Elnarə Xəlilova ilə küsülü olmadığını bildirib:
"Dəfələrdə demişəm ki, bir yerə düşmürük ki, sizi görüm. Ola bilər ki, arada huşumdan çıxır, bu da normaldır. Maşallah, ailə üzvləriniz, sizin təkanınız var. Amma mən bütün nəsilə birdənəyəm. Heç kimə çatdıra bilmirəm. Xəstələndin yanına gəlmədim deyə, sən niyə küsürsən? Məni makyaj edən, hər gün evə gəlib gedən 10 nəfərlə dostluq edirəm. Harada görsəm inandırım ki, salam verirəm. Bir neçə il qabaq tədbirdə oğlum Hüseynlə tanış etdim ki, sənin xalan Natavandır. Danışmasaq da dedik, güldük. Çünki küsmək üçün səbəb yoxdur. Bu ummaqdır, düşünürəm ki, yavaş-yavaş keçib gedəcək. Doğurdan da kimisə görüb, salam vermədən keçmək mənim qabımda yoxdur. Bilirəm ki, bu adam mənə nifrət edir, amma salam verirəm".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.