Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aysel keçmiş həyat yoldaşından aliment ala bilmir  

Aysel keçmiş həyat yoldaşından aliment ala bilmir
 

Aysel keçmiş həyat yoldaşından aliment ala bilmir
 
2023-06-22 , 14:23

Bloger Aysel Şükür birinci həyat yoldaşından şikayət edib. 

Yenilik.az xəbər verir ki, o keçmiş həyat yoldaşından ödənilməli olan alimenti ala bilmir.  
Aysel bildirib ki, keçmiş həyat yoldaşının ona 2 min manat borcu var:
"Nərimanov rayonu İcra şöbəsi Emil Zeynalov uşağımın 2 min manatını ala bilmir. Emil Zeynalov telefonlarıma da cavab vermir. Uşağın atasına deyirəm ki, 200 manatı verməkdə acizsənsə atalıq etməyə haqqın yoxdur. Hər dəfə əsəb keçirirəm, yorulmuşam. Neçə ayların borcu yığılıb. Bezmişəm icraçıları gəzməkdən. İcra məmuru kefinə düşəndə mənə zəng edir, başqa vaxt bizə cavab vermir. Bəziləri Aysel ona kömək et, buna kömək et deyir. Özümə kömək edən lazımdır. Hər şeyi təkbaşıma edirəm. Bu dünyada tək qadın, tək ana olmaq çətindir".

Qeyd edək ki, A. Şükür birinci nikahı Elşən Əsgərli ilə olub.  Onların bu nikahdan Uğur adlı bir oğlan övladı dünyaya gəlib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.