Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ayrılıq xəbərləri yayılan aparıcıdan Doğuşla bağlı paylaşım - FOTO

Ayrılıq xəbərləri yayılan aparıcıdan Doğuşla bağlı paylaşım - FOTO

Ayrılıq xəbərləri yayılan aparıcıdan Doğuşla bağlı paylaşım - FOTO
2023-06-30 , 16:55

Ayrılıq xəbərləri yayılan aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, müğənni Doğuşla bağlı paylaşımı ilə diqqət çəkib. 

Yenilik.az-ın məlumatına görə, aparıcı ifaçını doğum günü münasibəti ilə təbrik edib.
 
"Doğum günün mübarək olsun, əzizim Doğuş. Hər zaman uşaqlarının, ailənin, sevdiklərinin qürur mənbəyi olasan" deyə, o, paylaşımında yazıb.

Qeyd edək ki, bir müddət əvvəl türk mediasında Xoşqədəmlə Doğuşun boşanma qərarı aldıqları yazılmışdı. Doğuş Xoşqədəmlə olan bütün fotolarını instaqramından silib, eyni zamanda onu izləmədən çıxarmışdı. Onun İstanbula getdiyi bildirilib. Bundan başqa, Doğuş ötən həftə sonu Xoşqədəmlə birlikdə apardıqları "Günaydın, Azərbaycan" verilişinə qatılmamışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.