Elzanı AYB üzvü edən şeirlər: “Tüpürüm sizə”, “Qarnım quruldayır”, “Tikim sizin ağzınızı”
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv olması müzakirələrə yol açıb.
Yenisabah.az xəbər verir ki, Elzanın ölkənin tanınmış yazarlarının sırasına qoşulmasına etiraz edənlər onun ədəbi yaradıcılığını şübhə altına alırlar. Onların fikrincə, E.Seyidcahan hər hansı ciddi ədəbiyyat nümunəsi yaratmadığı üçün onun AYB-də təmsil olunmasına mənəvi haqqı çatmır.
"Yeni Sabah" bəstəkar-müğənninin müxtəlif illərdə yazdığı bir neçə şeiri təqdim edir:
Ac canavar
Acından quruldayır qarnım,
Qarnım, qarnım, qarnım...
Axı nədir mənim günahım,
Günahım ax qarnım.
Neçə gündür ac qalmışam,
Acam ac ac ac...
Neçə gündür ac qalmışam,
Acam ac ac ac...
Adım çıxıb ağzı qara,
Ac olanda qanı qara,
Adım çıxıb ağzı qara,
Ac olanda qanı qara,
Neçə gündür ac qalmışam,
Acam ac ac ac...
Auuuuuuuuuuuuu....
Burnum axır
Qazanım daşdı
kəfini yedim.
Qapağın açdım
üzünü yedim.
Yedim, yedim
dibini yedim.
Qazıb, qazıb
deşdim dibini
qazanın.
Kəfkirim azıb
dibi deşik qazandan
çıxdı havaya,
mən də baxdım
kəfkirdən
deşik-deşik dünyaya.
Qonaq olduq
həsrətini çəkdiyim
röyaya.
Buzlanmış
şaxtadan beynim
isti şorbayadır meylim.
Köhnə saat kəfkiri
çalırdı tamam.
Təzə dərdin yaşları
burnumdan daman.
Günahları içimdə
mən boğan adam.
Köhnə saat kəfkiri
vur, vur
vur əqrəbi
çalsın, çalsın.
Saniyələr səs salsın
burnum axır
fürsət baxır,
köhnə çaxır
vaxt yetişir
kəfkir vurur tamamı,
əqrəb çalır zamanı
səs düşəndə axanı
çəkin, udun,
silin, atın,
burnunuzdan pisləri
Köhnə saat kəfkiri
görür hissləri,
örtür bizləri
Tüpürüm sizə, ağac başından?
Göydən yağış hönkür-hönkür ağladı,
Mələklərin yerə yaxın olduğunu,
Dua günü çatdığını,
Ulduzsuz, qaranlıq gecədə,
Zülmət içində bircəcə,
Açmış qanadın incəcə,
Uçan ruhu qəbul etmiş mələkcə.
Yaşamaq üçün oğurladım bir çörək,
İxtiyarım yoxdur ki,
Yaşamaq üçün
Oğurlayım min bir ad.
Rüsvayçılıq damğasının sarsıntısının,
Başqasına yüklədin!
Mənə desin yüz-yüz ad?
Tüpürüm-tüpürüm,
Udum-udum,
Qurtum-qurtum,
İçim-içim,
Didim-didim,
Sicim-sicim
Kilim-kilim,
Dilim-Dilim,
Bilim-bilim,
Yıyım-yıyım
Tüpürüm sizə,
Hündür ağac başından?
Tüpürdünüz mənə
Alçaq ağac başından
Öskürə-öskürə,
Pis-pis gülmə,
Kifayətdir mənə demə!
Küçədən gəlib,
Küçəyə gedən
Milçəyə bax,
Birçəyə bax,
Bircəyə bax.
And içim o nə deməkdir?
İçdim, içdim, içdim suyu.
Tikdim, tikdim,
Yun kisəsi yumurtadan.
Bu gələn qız,
Həmən qızdır,
Çox qəşəng qızdır.
Ola bilməz,
Atlas geyim,
Xəz paltoda?
Sənə deyirəm,
Məni tanıdın?
Xəyalpərəst, üsulluca,
Ehtiyatlı axdın suya?
Qara qızın gözlərinə
Şərab sərin,
Dəhşətli şeydir ehtiyac.
Cənab, gəlin.
Viktor Hüqo fikrə dalmış,
Pencəyi qırış,
Rəngi saralmış
Oğluna
Nələt dedi şeytana!
Bu nədir axı zınqırov?
Kəsəcəksən səsini ya yox?
Mən oynaya bilmirəm
Ölü kimi saralmışam
Cibim boşdur
Başım yoxdur.
Kuklaya oxşayan moddur.
Lütün birisi,
Kütün zırısı,
Küdüm dərisi,
Onun irisi.
Yəqin mənim heç vaxt
Anam olmayıbdır.
Atam da ki,
Mən zavallı qızcığaz
Aman Allah
Nə üçün qapı örtülüdür?
O biri qapı açıldı,
Ölülər məzardan qaçırdı.
Ayağa qalxdı,
Boynuma taxtı,
Götürmə taxtı,
Oturacağam!
Dedi mənə
Səbəb oldu
Keçən gecə
Gecə yarısı
Güclü yağış
Ay işığı
Unutmaram o səsləri,
Sürünürdü meyit iyi,
Əlləşirdi, kəsilmirdi
İniltili yerdən səsi.
Siz o tayda təksiniz
Siz bu tayda səssiniz
Doqquz yaşıma az qalmış,
Bir qığılcım parladı.
Kəsim səsimi deyəcəksiniz?
Bir də ki,
Mən tezliklə....
Əlbəttə, Günəş çağladı!
Göydən yağış sevincindən,
Hönkür-hönkür ağladı.
Tikim sizin ağzınızı...
Tikim,
Tikim sizin ağzınızı
Qırxayaq kimi.
Geyim cırım corabımı
Çatana kimi.
Cırın, cırın.
Siz də geyin, geyin, qaçın
Xəyallara batana kimi.
Tikim sizin ağzınızı yatana kimi
Kimlər gəldi mən verdim…
Əldən getdi
Kimin üçün isə
Həmişə özümü qorumuşam
Kimə görə isə
Həmişə onu soyutmuşam
Qorxutmuşam
Qovrulmuşam
Ancaq onu qorumuşam
Ona görə onu qorumuşam ki,
Gözəlliyim əldən getsin
Bir də gördüm
Qorumağa dəyməz artıq
Çünki hər şey əldən getdi.
Getdi, getdi, Nə qaldı ki, bu həyatda?
Kimlər getdi, kimlər qaldı
Kimlər yatdı, kimlər baxdı
Kimlər qaçdı, kimlər satdı
Kimlər yedi, kimlər acdı
Kimlər basdı, kimlər asdı
Kimlər aldı, kimlər verdi
Kimlər çaldı mən oyandım
Kimlər yazdı mən oxudum
Kimlər gəldi mən qaçdım
Kimlər gəldi mən satdım
Kimlər gəldi mən verdim
Kimlər gəldi mən yatdım
Satdım gözəlliklərimi
Alanlara
Verdim gözəliklərimi
Yatanlara
Tökdüm gözəlliklərimi
Yananlara
Sonsünlər, sonsünlər
Yanmasınlar.
Qorumağa dəyməz artıq
Gözəlliyim əldən getdi
Gözəlliyim əldən getdi.
OXŞAR XƏBƏRLƏR