Könül Kərimova: "Oğlumu zorla evləndirəcəyəm"
"Əlim göydədir ki, oğlum Rəşad tez evlənsin. Kaş gerçək sevgidən oxuyaydı. 31 yaşı var, amma hələ də evlənmək istəmir. Deyir, qismət. Onu bu il özüm zorla da olsa evləndirəcəyəm. Özünün xəbəri yoxdur".
Müğənni onu evləndirmək arzusundan danışıb. O bildirib ki, oğlundan xəbərsiz ona nişan edəcək.
Rəşad bildirib ki, anasına göstərdiyi qızları anası bəyənmir:
"Anam qız axtarışındadır. Mənim isə bundan xəbərim yoxdur. İki gündən bir mənə qızların şəkillərini göndərir. Evlənmək üçün qız seçimində anam məndən betərdir. Hər qızı bəyənmir".
OXŞAR XƏBƏRLƏR