Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aynur Niyam Salami barədə: “Qanacağı ora qədərdir” - VİDEO

Aynur Niyam Salami barədə: “Qanacağı ora qədərdir” - VİDEO

Aynur Niyam Salami barədə: “Qanacağı ora qədərdir” - VİDEO
2023-07-20 , 15:05

Müğənni Aynur Dadaşova Niyam Salami ilə iş ortaqlığının bitməsi barədə danışıb.

Yenilik.az xəbər verir ki, o bu haqda qonaq olduğu “Səhərin səsi” verilişində danışıb. Müğənni Niyam Salamidən giley-güzar edib.“Niyam dostumdur, canımdır. Onun qabiliyyəti, qanacağı ora qədərdir. Ona nəsə tövsiyyə etməyəcəyəm ki... Az yaşı yoxdur. O, öz səviyyəsində, mən də öz səviyyəmdə danışıram. Mənim xanımlığım, şəxsiyyətim var. Özümə dəyər verdiyim üçün heç zaman dost haqqında artıq söz demərəm. Niyam istəmirsə məni danışdırmasın. Özü bilər. Deyim ki, Niyamla aramızda artıq sözlər olub, xeyr! Niyam haqqımda hansısa aqressiv və xoşagəlməz sözlər deyə bilər. Əgər bir insana dost deyib, çörək kəsirsənsə, necə onun haqda pis söz deyə bilərsən? Bəs zamanında dost deyirdin? Mənə gündəm və ya qalmaqal lazım olsa, telefonumda elə səsyazıları var ki, onu ortalığa çıxarsam, hamı ondan yazar. Mənə belə şeylər yox, sənətim, xanımlığım lazımdır".
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.