Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nuradan etiraz: “Cılız, mənasız mahnılar, insanlar trend olur”

Nuradan etiraz: “Cılız, mənasız mahnılar, insanlar trend olur”

Nuradan etiraz: “Cılız, mənasız mahnılar, insanlar trend olur”
2023-07-31 , 17:03

“İnsan beyni “hack” olunub. Buna şübhəniz olmasın. Bizi idarə etmək o qədər asanlaşıb ki… İnsan doğulduğu gündən bəyənilmək, sevilmək, dəyərləndirilmək üçün çaba göstərir. Şüurlu ya şüursuz fərq etmir. Alqoritmlər elə qurulub ki, botların vasitəsi ilə ən cılız, məntiqsiz, mənasız, sözlər, mahnılar, insanlar daha çox trend olur, bəyənilir”.

Bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. 
Müğənni qeyd edib: “İnsanlar da bunu “bəyəniblərsə, mən də edim, mən də dəyərləndirilim” düşüncəsi ilə danışıb hərəkət edir və beləliklə, kütlə zənn etdiyi əslində isə botlar tərəfindən idarə olunaraq mənəvi, intellektual inkişafdan geri qalır”.  
N. Surinin sözlərinə görə, “Tik-tok”, “YouTube” və s. şəbəkələrə nəzər yetirənlər bunun şahidi ola bilərlər: “Dəblə, trendlə idarə olunan insan vücudlu robot beyinli məxluqların zəmanəsində yaşayırıq. 
Belə gedişlə də süni intellekt qalib gələcək. Tezliklə homo sapienslərdən (insanları heyvanlardan və digər canlı növlərindən ayıran bir termin) əsər-əlamət qalmayacaq.
Kim bacarırsa düşünüb hiss etdiklərini, xatirələrini itirməsin, yaddaşını sağlam saxlasın, kitablar oxusun (klassikləri), kağızda yazıb saxlasın. Yoxsa, hər şey məhv olanda xatirələr də qalmayacaq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.