Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Vüsalə 20 il işlədiyi ATV-dən getdiyini açıqladı - FOTO  

Vüsalə 20 il işlədiyi ATV-dən getdiyini açıqladı - FOTO
 

Vüsalə 20 il işlədiyi ATV-dən getdiyini açıqladı - FOTO
 
2023-08-11 , 14:24

Aparıcı Vüsalə Əlizadə ATV telekanalından ayrıldığını açıqlayıb. 

Yenilik.az xəbər verir ki, aparıcı bununla bağlı sosial media hesabında məlumat verib.
“Bu gün 20 illik əməyim olan, ata ocağı qədər doğma, əziz ATV telekanalından öz istəyimlə, xahiş edirəm məni tutduğum vəzifədən azad edəsəniz müraciəti ilə ayrıldım. 2 aydır, bilib-bilmədən danışanlar, yazanlar, yozanlar, bilin ki, münasibətlər, hörmətli qərarlar sayğı duyularaq gözəldir və biz də belə ayrıldıq, çünki mən qərarlarımı verərkən nə şişi bada verirəm, nə də kababı. Hər şey ölçüdə gözəldir. İşimi, sənətimi, səhnəmi, məni sevib gözləyən, bu iki ay ərzində axtaran tamaşaçımı çox sevirəm. Yeni mövsümdə bütün həmkarlarıma və özümə bol şans arzu edirəm. Tezliklə görüşərik”, - deyə aparıcı bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.