Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Qız uşaqları heç belə oynamaz. İyrəncdir..." -  Murad Arif

"Qız uşaqları heç belə oynamaz. İyrəncdir..." -  Murad Arif

2023-08-23 , 15:00

"İnstaqram və TikTok-da çox bərbad, nataraz, əyilə-bükülə, ayaqlarını əyri ataraq oynayan oğlanlar məşğələlər yaradır".

Yenilik.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi sosial mediada gördüyü rəqs müəllimlərini və yaradılan kursları pisləyib:
"Görürəm ki, o məşqlərə yazılan onlarla balalarımız, qız uşaqları da daxil, beləcə, çirkin "qədeşvari" rəqslər edir. Biri də demir ki, "ay bala, milli rəqslər belə ayaqlarını əyri qoyaraq oynanılmaz"... Qız uşaqları heç belə oynamaz. İyrəncdir... Nə "müəllimi" qanır, nə də valideyni".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.