Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aktrisa Çimnaz ilk dəfə ərini üzə çıxardı - VİDEO

Aktrisa Çimnaz ilk dəfə ərini üzə çıxardı - VİDEO

Aktrisa Çimnaz ilk dəfə ərini üzə çıxardı - VİDEO
2023-09-12 , 15:31

“Vicdan haqqı” serialında canlandırdığı “Larisa” obrazı ilə məşhurlaşan aktrisa, müğənni Çimnaz Sultanova ərini üzə çıxarıb.

Yenisabah.az xəbər verir ki, cazibədar və seksual pozları ilə tez-tez izləyicilərini cuşa gətirən aktrisa bu dəfə əri ilə görüntülkərini paylaşıb.
Sənətçi evlilik ildönümlərini qeyd etdiklərini bildirib və ərini tərif yağışına tutub:
"Hər şey mənim ovcumdadır, ovcumda olmayan isə ayaqlarımın altında. Bunların hamısı sənin sayəndədir, qəlbimin generalı. Çox sağ ol, mələyim, illər boyu mənə dözüb, özümün və uşaqlarımızın qayğısını çəkirsən, bütün kaprizlərimə dözür və məni əyləndirirsən. Sən dünyanın ən yaxşı əri və atasısan. Toyumuzun, sevgimizin və ailəmizin ildönümü mübarək!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.