Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Meyxanaçı Samirə: “Yüz il qala onun kimi ər istəmərəm” – VİDEO

Meyxanaçı Samirə: “Yüz il qala onun kimi ər istəmərəm” – VİDEO

Meyxanaçı Samirə: “Yüz il qala onun kimi ər istəmərəm” – VİDEO
2023-09-13 , 14:32

Meyxanaçı və müğənni Samirə Yusifqızı həmkarı Oqtay Kamil ilə münasibətlərindən söz açıb.

Yenilik.az xəbər verir ki, o bu haqda Amil Xəlilin aparıcısı olduğu “Xoş gəldim” verilişinə müsahibəsində danışıb.
Aparıcı  “Oqtayla ər-arvad münasibətiniz var”  sualı ilə Samirəyə müraciət edib. 
Müğənni isə Oqtay ilə yalnız dost olduğunu bildirib:

“Oqtayın qadasını alım. O mənim ürəyim, duet ortağım, sənət dostumdur. Biz bir-birimizin ailəsinin içinə gedib-gələn insanlarıq. Biz Oqtayla günlərlə səfərlərə bir yerdə getmişik, amma ayrı-ayrı otaqlarda qalmışıq. Oqtay mənim nə ərim, nə sevgilimdir. Nə də ki aramızda başqa münasibətlər olmayıb. Biz tamam başqa zövqlü insanlarıq. Baxmayaraq ki, sənətdə birik.
Yüz il qala onun kimi ər istəmərəm. Yüz il qalsa… Meşədə ağacla tək qalaram, amma Oqtayla yox. Oqtay da bu sözü haqqımda deyər və əminəm ki, mənim bu sözlərimdən inciməz. Oqtay həmmişə mənə deyir ki, “Sən mənim əynimə deyilsən”. Heç o da mənim əynimə deyil.
Ətraflı vieoda:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.