Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Məşhur müğənninin Rusiyadakı biznesi yoxlanılır

Məşhur müğənninin Rusiyadakı biznesi yoxlanılır

Məşhur müğənninin Rusiyadakı biznesi yoxlanılır
2023-10-17 , 16:08

Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə qarşı çıxan məşhur estrada müğənnisi Layma Vaykulenin Rusiyadakı biznesi hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır.

Musavat.com TASS-a istinadən xəbər verir ki, yoxlamanı Rusiya Federal Vergi Xidmətinin və Daxili İşlər Nazirliyinin Moskva müfəttişliyinin əməkdaşları aparır.
Bildirilir ki, yoxlamalar noyabrın ortalarına qədər davam edəcək: “Hazırda Layma Stanislavovna Vaykulenin Rusiyadakı biznesinin yoxlanması barədə qərar qəbul edilib. Yoxlama noyabrın ortalarına qədər aparılacaq, onu Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin əməkdaşları və Moskva üzrə Federal Vergi Xidməti Müfəttişliyi aparır”. Agentliyin həmsöhbəti əlavə edib ki, lazım gələrsə, müddət uzadıla bilər.
Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin Rusiya Baş Prokurorluğuna müraciət edərək işğalçı müharibəni pisləyən, Ukraynanı dəstəkləyən Vaykulenin Rusiyadakı biznesdən qazanc götürməyə davam etdiyini bildirib. Onun sözlərinə görə, müğənninin latviyalı hüquqi şəxs vasitəsilə Moskvada aktivləri var. İctimai fəal bu halların yoxlanılmasını, həmçinin müğənninin gəlir əldə edə biləcəyi “Laima-Lux Rus” şirkətinin Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarılması məsələsinə baxılmasını xahiş edib.
Qeyd edək ki, Layma Vaykule Rusiyadan kənarda yaşayır və açıq şəkildə Ukraynadakı müharibəyə qarşı çıxır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.