Afət həmkarlarını yıxıb-sürüdü: “Bizim sənətin adı belələrinə görə ləkəlidir" - VİDEO
Müğənni Afət Fərmanqızı sənətçi həmkarlarını tənqid atəşinə tutub.
Daha sonra həmkarlarının şəxsi həyatı barədə danışan Fərmanqızı ad çəkməkdən onlara ultimatum göndərib: "Türkiyədə "Söylemezsem olmaz" adlı proqram var, mən də izləyirdim. Orada başqasının əmlakını, ərini, haqqını ələ keçirən adamları boykot edirlər, həmin şəxs cəmiyyətə çıxanda utanır. Bizdəki bəzi başdanxarablar isə belələrinə 2-3 min dollar verib gətirib toylarında oxudurlar. Kül olsun elə onu toyuna gətirib oxudan adamın başına ki, bəy-gəlinin xoş gününə ailə dağıdanı gətirir ki, gəl, sən oxu. Şou-biznesdə belələri çoxdur. Bizim sənətin adı belələrinə görə ləkəlidir. Yuva yıxanın yuvası olmaz. Vaxt ikən bu yoldan qayıt. 10 il sonra uşaqların böyüyəcək. Biz tərəfdə belələrinə bic deyirlər. Doğub uşaqları da gələcəkdə bədbəxt etməyin! Gedin subay, kasıb bir oğlan tapın ondan doğun da. Gərək elə varlı, şəmkirli olsun?!"
Həmin görüntüləri təqdim edirik:
OXŞAR XƏBƏRLƏR