Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Keçmiş ərim 4 aylıq uşağımı döyürdü" - İlahədən şok etiraf - VİDEO

"Keçmiş ərim 4 aylıq uşağımı döyürdü" - İlahədən şok etiraf - VİDEO

2023-10-26 , 15:31

Tanınmış müğənni İlahə İbadova ARB TV-də yayımlanan "Günə son” verlişində jurnalist Əfruzə Ağayevanın suallarını cavablandırıb.


Müğənni ailə həyatındakı problemlərdən və boşanmasından danışarkən çətin anlar yaşayıb. 

"Mən şiddətə məruz qalmışam. Dəfələrlə olub ki, yoldaşım mənə əl qaldırıb. Sadəcə bu gün o insan haqqında danışıb onu gözümdə və cəmiyyətdə böyütmək istəmirəm. Mən bəlkə də mənə olunan şiddəti hardasa bağışlaya bilərdim. Amma 4 aylıq körpəmə vurduğu üçün mən ondan ayrıldım. Kişilərin özlərinə məxsus haqlı olduqlarını sandığı məqamlar var. Amma biz sənət adamları elə də ağılsız adamlar deyilik. Bəylər həmişə qadınları günahkar sayır, nə olsa yıxırlar üstümüzə, çalışırlar bizi ləkələməyə. Belə insanları mən şəxsiyyət kimi görə bilmirəm. İstər məni vurandan, istər 4 aylıq uşağa əl qaldırandan sonra o insan mənim gözümdən düşdü və mən ondan ayrıldım”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.