Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Röya Azəri qızı Güneldən üzr istədi - Məni bağışla... - VİDEO

Röya Azəri qızı Güneldən üzr istədi - Məni bağışla... - VİDEO

Röya Azəri qızı Güneldən üzr istədi - Məni bağışla... - VİDEO
2023-10-28 , 15:50

Xalq artisti Röya Ayxan bir neçə gün əvvəl doğum gününü qeyd edən həmkarı Günel Zeynalovaya (Azəri qızı Günel) sürpriz edib. 

Yenilik.az yenisabah-a istinadla xəbər verir ki,  restoranların birində Günelə sürpriz edən Röya onun ad gününü unutduğunu deyib və üzr istəyib:
“Mənə indi dedilər, yadıma düşdü, dedim ki, oğlumla eyni gündə doğulub. Çox üzr istəyirəm. Səni çox sevirəm. Çox yaşa, xoşbəxt ol, mənim gözəlim! Vallah, çox üzr istəyirəm. Məni bağışla. Səni sevirəm, təbrik edirəm”.
Günel Zeynalova isə həmkarının bu addımını səmimi qarşılayıb və onunla qucaqlaşıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.