Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Fədayə: 1 milyon borcumuz var

Fədayə: 1 milyon borcumuz var

Fədayə: 1 milyon borcumuz var
2023-10-31 , 15:35

Moskvada heç bir biznesim yoxdur.

Yenilik.az Moderator-a istinadla xəbər verir ki, bunu müğənni Fədayə Laçın bildirib.
O qeyd edib: "Restoranımız daha işləmir. Biz onu oğlum Əlhəm üçün götürmüşdük. Əlhəm də şair adamdır. Biz incəsənət adamıyıq, gördük ki, bizlik deyil. Bir il işlətdik, xoşumuz gəlmədi, istədiyimiz kimi olmadı, ona görə də məsləhət bildik ki, daha çox ziyana düşməmiş restorandan çıxaq.
Az ziyanla çıxdıq. Deyirlər ki, Fədayənin bir milyon borcu var, o borc deyil. 1 milyon rubldur. O da bizim pulla 17-20 min manatarası edir. Bu, borc deyil, ziyandır, itirdiyimiz puldur. Heç kimə də borcumuz yoxdur. Biznesimiz ancaq toylardır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.