Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nura Suri Ulvira Qarayevaya əsəbləşib canlı efiri tərk etdi - VİDEO

Nura Suri Ulvira Qarayevaya əsəbləşib canlı efiri tərk etdi - VİDEO

Nura Suri Ulvira Qarayevaya əsəbləşib canlı efiri tərk etdi - VİDEO
2023-11-01 , 16:11

ARB-də yayımlanan "Günə son" verilişində gərgin anlar yaşanıb. 

 
Yenilik.az xəbər verir ki, verilişdə qonaq olan müğənni Nura Suri aparıcı Ulvira Qarayevaya əsəbiləşdiyi üçün studiyanı tərk edib.  
 
Nuranı bu addımı atmağa vadar edən səbəb isə aparıcının dəvət olunan qonaqlara danışmağa macal verməməsi olub: 
 
“Bilsəydim ki, burada 8 nəfər adam olacaq və ağız deyəni qulaq eşitməyəcək, heç kim öz fikrini deməyəcək, eyni hamının bildiyi mövzu ətrafında söhbət olacaq bu verilişə gəlməzdim. İmkan vermirsiniz ki, insanlar danışsın!” 
 
Müğənninin bu sözlərindən sonra isə aparıcı Ulvira Qarayeva “İmkan verə bilərik ki, mahnı oxuyasan” ifadəsini dilə gətirib. Nura isə - “Yox, oxumaq istəmirəm. Getmək istəyirəm. Mən özümü doğrudan da narahat hiss edirəm. Danışdığımız söhbətin heç bir mənası yoxdur”, - cavabını verib. 
 
Bundan sonra isə Nura ayağa qalxaraq yaxasında olan mikrofonu çıxarıb və efiri tərk edib. 

Həmin anları sizə təqdim edirik: 
Sfera.az 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.