Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Eyni anda 2-3 nəfəri sevmək xəyanət deyil"

“Eyni anda 2-3 nəfəri sevmək xəyanət deyil"

“Eyni anda 2-3 nəfəri sevmək xəyanət deyil
2023-11-02 , 17:38

"Elə insanlar var ki, eyni anda 2-3 nəfəri sevə bilirlər. Bu o demək deyil ki, o insan sənə xəyanət edir. Bu sadəcə həqiqətdir. İndi bu fikirlərimə görə məni söyəcəklər. Amma nə qədər istəyirsiniz söyün, heç vecimə də deyil". 

 
Yenilik.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu "Qapqara" verilişində deyib. 
 
Sənətçi bildirib ki, bir insanın eyni anda bir neçə insanı sevməsi xəyanət deyil:  
 
" Kişilər də, qadınlar da eyni anda bir neçə nəfəri sevə bilər. Sadəcə insanların beyninə o qədər çərçivələr yeridilib ki... Bu olmaz, o olmaz, xəyanətdir, bu belə olmalıdır və sayra... Elə deyil axı... Misal üçün, mənim üç övladım var. Kim mənə deyə bilər ki, hansını daha çox sevirəm. Elə şey olmur. Mən hər üç övladımı da sevirəm. Bu bacı-qardaşa, ana-ataya da aiddir. Mən onları da sevirəm. Bir insanı platonik, digərini ehtiraslı sevə bilərsən. Bunun isə adı sevgidir, xəyanət deyil. Xəyanət başqa bir məhfumdur. Xəyanət... Elə bir anda insan sənin arxanda durmayıb xəyanət edə bilər ki,...
 
Otursun bütün günü kişi yanımda heç bir yerə getməsin, heç nə etməsin və mənə baxsın. Amma yeri, zamanı gələndə yanımda otura-otura belə xəyanət edə bilər. Və ya haqqımda deyilən sözə təpki göstərməz. Bax bu xəyanətdir, mənim üçün. Bunu demişəm". 
 
Qeyd edək ki, Nura Suri üç dəfə ailəli olub. Onun Xosrov, Möhsen və David adlı üç oğlan övladı var. Xosrov və Möhsem Amerikada yaşayırlar. David isə anası ilə birlikdə qalır.  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.